Avro-2020-nin final matçının topu təqdim olundu - FOTO

5 İyul 2021 17:26

"Adidas" şirkəti Avro-2020-nin yarımfinal və final matçlarının topunu təqdim edib.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Yeni top əvvəlki oyunlardakından fərqli dizaynda təqdim olunub.

Qeyd edək ki, Avro-2020-nin yarımfinal matçları 6 və 7 iyulda, final isə 11 iyulda İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda olacaq. Yarımfinalda İspaniya İtaliya ilə, İngiltərə isə Danimarkayla qarşılaşacaq.

Milli.Az