İdman

Azərbaycan idmançılarının Olimpiada üçün Tokioya nə vaxt gedəcəyi bilindi

5 İyul 2021 13:36
0 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularımızın Yaponiyaya səfər vaxtı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cüdo millimiz iki qrup şəklində səfərə yollanacaq.

Millimizin ilk heyəti iyulun 14-ü Bakı-İstanbul-Tokio reysiylə uçacaq. Ağır çəkili cüdoçularımız isə bundan dörd gün sonra yola düşəcək.

İyulun 1-dən Xorvatiyanın Poreç şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edən komandamız ayın 8-də Bakıya qayıdacaq və Tokioya son hazırlıqlarını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, Olimpiadada Azərbaycanı kişilərdə Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerskaya (+78 kq) təmsil edəcək.

Xatırladaq ki, Tokio Olimpiadasında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.