İdman

Amerika Kuboku: Braziliya yığması Kolumbiyaya qalib gəlib

24 İyun 2021 08:17
0 Şərh     Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Braziliya yığması ilə Kolumbiya seçməsi qarşılaşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Rio-de-Janeyronun "Olimpiko Nilton Santos-Enjenyan" stadionunda keçirilən matç braziliyalıların 2:1 hesablı minimal qələbəsi ilə bitib.

Qarşılaşmanı 10-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Luis Dias açıb. Braziliyalıların cavab qolunu 78-ci dəqiqədə Roberto Firmino vurub. Meydan sahibləri əsas vaxta əlavə olunmuş 10-cu dəqiqədə Kazemironun qolu ilə qələbə qazanıblar.

Bu matçdan sonra Braziliya yığması B qrupunda doqquz xalla birinci yeri tutur. Siyahıda ikinci yerdə 4 xalı olan Kolumbiya və Peru yığmaları qərarlaşıblər.

Braziliya yığması növbəti matçını Ekvadora qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.