İdman

"Kobra Pərviz" qazandığı kuboku Mənsimova bağışladı - FOTO

27 İyun 2021 20:54
0 Şərh     Baxış: 2 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı kikboksçu, "Kobra Pərviz" ləqəbli Pərviz Abdullayev Türkiyənin İstanbul şəhərində təşkil olunan "Akın döyüş arenası" turnirində qazandığı kuboku "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova bağışlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə M.Mənsimov özünün "Feysbuk" səhifəsində paylaşım edib. O, Pərvizlə birgə çəkdirdiyi şəkli paylaşaraq bu sözləri yazıb: "Əziz qardaşım dünən qazandığı kuboku mənə hədiyyə etməsi ilə məni qürurlandırdı. Həyatda qardaşıma həmişə uğurlar".

Qeyd edək ki, P.Abdullayev sözügedən turnirdə 77 kq çəki dərəcəsində Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə qarşılaşıb və qələbə qazanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.