İdman

AVRO-2020-nin Bakıdakı üçüncü oyununun hakimləri bilindi

18 İyun 2021 19:12
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2020-də qrup mərhələsinin III turunun ilk təyinatları açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iyunun 20-də Bakı Olimpiya Stadionunda baş tutacaq İsveçrə - Türkiyə qarşılaşmasını sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Ona həmyerliləri kömək edəcək. Dördüncü və ehtiyat beşinci hakim İsveçdəndir. UEFA Almaniyadan olan briqadaya VAR hakimləri kimi təyinat verib. Görüşün hakim-inspektoru rusiyalı Nikolay Levnikov, UEFA nümayəndəsi isə gürcüstanlı İrakli Nakaidze olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.