İyunun 7-də "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin üçüncü turunun oyunları keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyirlər. Üçüncü turda Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Boqdan-Daniel Dyakla, Teymur Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla mübarizə aparıblar. Hər iki şahmatçımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb. Qeyd edək ki, təmsilçilərimizin əvvəlki qarşılaşmaları da bərabərlik şəraitində yekunlaşıb.
Turun digər oyunlarında Rumıniyanın digər təmsilçisi Konstantin Lupulesku niderlandlı Aniş Girini məğlub edib, Uesli So (ABŞ)-Aleksandr Qrişuk (Rusiya), ABŞ təmsilçisi Fabiano Karuana - ermənistanlı Levon Aronyan görüşləri də heç-heçə ilə başa çatıb.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                        .png) 
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                    .png) 
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        