İdman

Millimiz Moldovaya qarşı

6 İyun 2021 11:12
Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün milli komandamız təlim-məşq toplanışı çərçivəsində sonuncu - 3-cü yoldaşlıq oyununu keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Canni De Byazinin komandası səfərdə Moldova yığması ilə qarşılaşacaq.

Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Maraq üçün qeyd edək ki, Modova yığmasına "Neftçi"nin sabiq baş məşqçisi, De Byazinin həmyerlisi olan (İtaliya) Roberto Bordin başçılıq edir

Bundan əvvəl Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan millimiz eyni hesabla Belarusa qalib gəlib

6 iyun

Yoldaşlıq oyunu

20:00. Moldova - Azərbaycan
Kişinyov, "Zimbru" stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.