İdman

Formula 2-nin Bakıda baş tutan 100-cü yarışının altı qəzası və qalibləri - FOTO

5 İyun 2021 20:21
Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula 2 üzrə Azərbaycan Qran Prisinin 21 dövrədən ibarət olan ikinci yarışı başa çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, sayca Formula 2-nin 100-cü yarışı olub.

Yarışın qalibi estoniyalı Yuri Vips ("Hitech Grand Prix") olub. Almaniyalı David Bekmann ("Xarouz") ikinci, hindistanlı Yehan Daruvala ("Karlin") isə üçüncü yeri tutub.

Ancaq bu yarış altı bolidin finiş xəttinə çatmaması ilə nəticələnib. Belə ki, çinli Quanyu Jou ("Uni-Virtuosi"), almaniyalı Lirim Zendeli, niderlandlı Riçard Versxoor (hər ikisi "MP Motorsport"), isveçrəli Ralf Boşunq ("Kampos"), avstraliyalı Markus Armstronq (DAMS) və danimarkalı Kristian Lundqord (ART) idarəetməni itirərək yarışı vaxtından əvvəl tamamlamalı olub.

Qeyd edək ki, səhər seansında keçirilmiş Formula 2-də birinci yarışın qalibi Rusiyanı təmsil edən israilli Robert Şvartsman ("Prema") olmuşdu.

Xatırladaq ki, sabah saat 12:45-də Formula 2-nin 29 dövrədən və ya 60 dəqiqədən ibarət olan üçüncü yarışı keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.