İdman

Messinin “Barselona” ilə yeni müqaviləsinin DETALLARI

3 İyun 2021 18:06
Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lionel Messinin "Barselona" ilə bağlayacağı yeni müqavilənin detalları müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı superulduz maaşının azaldılması şərtilə 10 illik sazişə qol çəkəcək.

Anlaşmaya əsasən, 34 yaşlı oyunçu növbəti iki mövsümü "Barselona"da keçirdikdən sonra daha iki il Devid Bekhemin sahibi olduğu "İnter Mayami"də oynayacaq. Leo 50 milyon avroluq illik məvacibinin 35 milyona endirilməsinə razılıq verib. O, 2025-ci ildə karyerasını başa vuracaq və növbəti 6 ili "Barselona"nın səfiri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm bütün turnirlərdə keçirdiyi 47 oyunda 38 qol vurub, 14 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.