"Fənərbaxça"nın prezidenti Ali Koç Emre Belözoğlunun komandanın baş məşqçisi vəzifəsində qalıb-qalmayacağı ilğə bağlı sualları cavablandırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, açıqlamasında yollarına Belözoğlu ilə davam etməyəcəklərini bildirib: "Emre Belözoğluna minnətdaram. Bizdən əvvəl də etdiyi hər şeyə görə təşəkkür edirəm. Mən onu idarəçi olanda da tanımışam, idarəçi olmayanda da tanıyırdım. Prezident olduğum müddətdə daha yaxından tanımaq fürsətim oldu. 10-15 il sonra Belözoğlu çox uğurlu olacaq. Amma indi bu riski ala bilmərik. Bu, Emre üçün də haqsızlıq olar".
Qeyd edək ki, Emre Erol Bulutun mart ayında istefaya göndərilməsindən sonra istanbul təmsilçisini çalışdırır. Komanda mövsümü 2-ci pillədə tamamlayıb.
Milli.Az