İdman

Amerika kubokuna ev sahibliyi edəcək yeni ölkə

1 İyun 2021 08:13
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika kubokuna ev sahibliyi edəcək ölkə dəyişdirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) "Tvitter" səhifəsi məlumat yayıb. Argentina mövcud şərtlər səbəbindən turnirə ev sahibliyi etmək hüququndan məhrum edilib, lakin dəqiq səbəb göstərilməyib. Hazırda ölkədə koronavirus yayılmaqda davam edir.

Turnirin Braziliyada keçiriləcəyi bildirilib.

Bundan əvvəl Kolumbiya turnirə ev sahibliyi etmək hüququndan məhrum edilmişdi. Səbəb ölkədəki siyasi qarışıqlıq və mənfi epidemioloji mənzərə idi.

Qeyd edək ki, Amerika kuboku 13 iyun - 10 iyul tarixlərində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.