İdman

"Onun yoxluğu mənim üçün problemdir"

16 May 2021 20:28
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer zədəli futbolçusu Harri Makuayerin durumu barəödə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis deyib:

"Harri "Mançester Yunayted"in lideridir. O, bizim kapitanımızdır. Daim yüksək səviyyədə oynayır. Hazırda onun yoxluğu mənim üçün böyük problemdir. Amma inanıram ki, Avropa Liqasının finalına qədər sağalacaq. Harriyə lazım olan qədər vaxt verəcəyəm".

Qeyd edək ki, "Mançester Yunayted" Avropa Liqasının finalında "Vilyarreal"la qarşılaşacaq. Görüş mayın 26-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.