İdman

Millimizin hücumçusu Ukraynada klubunu dəyişir

10 May 2021 19:24
Baxış: 704
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan milli komandasının hücumçusu Anatoli Nuriyev "Minay" klubundan ayrıla bilər.

Milli.Az matc.az-a istinadən bildirir ki, 25 yaşlı futbolçu "Kolos" klubuna keçə bilər. Bu barədə "Meta-ratings.com.ua" saytı məlumat yayıb.

"Minay" Ukrayna Premyer Liqasını tərk edib. Nuriyevin Ujqorod təmsilçisi ilə olan müqaviləsində belə bir maddə var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, oyunçu azad agent statusu alacaq. "Kolos" isə bundan yararlanaraq, Nuriyevi heyətinə qatmaq niyyətindədir.
 
Nuriyev bu mövsüm Ukrayna çempionatında 24 oyuna 10 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.