Möhtəşəm performansı ilə çempionluq yarışında "Lill"ə böyük yardım edən Burak Yılmaz barədə şəhər bələdiyyəsindən açıqlama gəlib.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Lill şəhər bələdiyyəsi türk ulduz barədə "Tvitter"də paylaşım edib: "Belə davam edərsə, Burak Yılmaza heykəl qoyacağıq".
Qeyd edək ki, turnir cədvəlinə 79 xalla liderlik edən "Lill"in çempion olması üçün son iki matçda qalib gəlməlidir.
Milli.Az