Burak Yılmaza heykəl qoyulacaq

8 May 2021 19:33

Möhtəşəm performansı ilə çempionluq yarışında "Lill"ə böyük yardım edən Burak Yılmaz barədə şəhər bələdiyyəsindən açıqlama gəlib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Lill şəhər bələdiyyəsi türk ulduz barədə "Tvitter"də paylaşım edib: "Belə davam edərsə, Burak Yılmaza heykəl qoyacağıq".

Qeyd edək ki, turnir cədvəlinə 79 xalla liderlik edən "Lill"in çempion olması üçün son iki matçda qalib gəlməlidir.

Milli.Az