İdman

Cüdo üzrə Avropa çempionatı: Azərbaycan 11-cidir

17 Aprel 2021 09:00
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında birinci günün yarışları başa çatıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, turnirin birinci gününün yekun nəticələrinə görə, komandamız 1 bürünc medalla 11-ci sırada qərarlaşıb. Ölkələr arasında ən çox medalı Fransa komandası (1 qızıl, 1 gümüş, 2 bürünc medal) qazanıb. İtaliya yığması ikinci (1 qızıl, 1 gümüş medal), İspaniya komandası isə üçüncü (1 qızıl, 1 bürünc medal) yerlərdə qərarlaşıblar.

Yığmamızın aktivinə bürünc medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov yazdırıb.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.