İdman

"Real" "El Klassiko" üçün iştirak ərizəsini açıqladı

9 Aprel 2021 19:27
Baxış: 1 363
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Real" La Liqanın 30-cu turunda "Barselona" ilə oyun üçün iştirak ərizəsini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, zədəsini bərpa etməyə davam edən yarımmüdafiəçi Eden Hazard siyahıda yer almayıb. Bundan başqa, Madrid təmsilçisinin müdafiəçiləri Serxio Ramos,  Rafael Varan və Dani Karvahal da zədə səbəbindən "El Klassiko"nu buraxacaq.

"Real"ın iştirak ərizəsi

Qapıçılar: Kurtua, Lunin, Altube

Müdafiəçilər: Militao, Naço, Marselo, Odriosola, Mendi

Yarımmüdafiəçilər: Kroos, Modriç, Kazemiro, Valverde, İsko

Hücumçular: Benzema, Asensio, Vaskes, Vinisius, Mariano Dias, Rodriqo

Qeyd edək ki, sabah keçiriləcək "Real" - "Barselona" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.