İdman

Cərimələri xeyriyyə fonduna köçürüləcək

2 Aprel 2021 18:21
Baxış: 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya kubokunun 1/4 finalının "İnter" - "Milan" matçında (1:2) insident yaşadan Zlatan İbrahimoviç və Romelu Lukaku cərimələrini xeyriyyə fonduna köçürəcəklər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. Hələlik cərimələrin məbləği açıqlanmayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında keçirilən görüşdə "Milan"ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, onların arasında söz atışması olub və bir-birini söyüblər. Hakim hər iki oyunçuya qırmızı vərəqə göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.