İdman

Azərbaycan millisinin qapıçısı Avropanın ən yaxşıları sırasına düşüb

31 Mart 2021 10:24
Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2022-nin Avropa zonasının seçmə mərhələsinin III turunun ilk günündən sonra statistik göstəricilərdə ən yaxşılar açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan futbolçularından yalnız Şahruddin Məhəmmədəliyev qitənin ən yaxşıları sırasına düşüb.

Milliləşən rusiyalı legioner seyv sayında yenidən 1-ci yerə yüksəlib. O, Serbiya ilə qarşılaşmada (1:2) aktivinə daha 5 qurtarış yazıb.

Portuqaliya ilə matçda (0:1) 14 dəfə seyv edən qolkiper bununla da qurtarış sayını 19-a çatdırıb. Bu, Məhəmmədəliyevin yenidən Avropada ən yaxşı olması üçün yetərli olub.

Aktivində 18 qurtarış olan Deyl Koleinq (Cəbəllütariq) ikinci pillədə qərarlaşıb. Hər iki qapıçı dünənki oyunlardan sonra ön sıralara çıxıb. Onlar bunadək lider olan Elia Benedettini (San Marino) arxada qoyub. Lakin sonuncu bu gün Albaniya ilə qarşılaşmada yenidən zirvəni qaytara bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.