İdman

DÇ-2022: Türkiyə millisi ikinci qələbəsini qazanıb

27 Mart 2021 22:41
Baxış: 1 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DÇ-2022-nin Avropa zonası üzrə seçmə qrup mərhələsində II tura start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qardaş Türkiyə millisi mübarizə apardığı G qrupunda ikinci matçını keçirib.

Üç gün öncə İstanbulda Niderland üzərində 4:2 hesablı qələbə qazanan "ay-ulduzlular" ilk səfər sınağında Norveçlə qarşılaşıb. Şenol Günəşin yetirmələri İspaniyanın Malaqa şəhərində təşkil olunan qarşılaşmadan da 3 xalla ayrılıb.

4-cü dəqiqədə Ozan Tufanın erkən qolu ilə hesabda önə çıxan türkiyəlilər fasiləyədək fərqi artırmağa da nail olub. Çağlar Söyüncü 28-ci dəqiqədə fərqlənib. Ozan ikinci hissənin də əvvəlində meydan sahiblərinin qapısına yol tapmağa nail olub. Bununla da Günəşin yetirmələri rəqib meydanında böyükhesabla qalib gəlib - 3:0.

İlk iki görüşdə yüksək məhsuldarlıq göstərən "ay-ulduzlular" 7 qol vurduğu qarşılaşmalardan sonra 6 xalla qrup liderliyinə şərikdir. Qrupun bugünkü digər matçlarında Monteneqro Cəbəllütariqi 4:1, Niderland Latviyanı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Türkiyə millisi qrupda növbəti oyununu martın 30-da İstanbulda Latviyaya qarşı keçirəcək.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
27 mart
G qrupu, II tur
Norveç - Türkiyə - 0:3

Ozan Tufan, 4, 59, Çağlar Söyüncü, 28

Turnir cədvəli: Türkiyə, Monteneqro - 6, Niderland, Norveç - 3, Latviya, Cəbəllütariq - 0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.