İdman

Mbappe ilə Haaland keçilməz rəqiblərin adlarını açıqladılar

27 Mart 2021 14:27
Baxış: 1 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kilian Mbappe ilə Erlinq Haaland Kriştiano Ronaldo ilə Lionel Messinin davamçıları sayılır.

Hər ikisi müasir futbolun durmadan inkişaf edən hücumameyilli futbolçularından hesab olunur. Maraqlıdır, adları çəkilənlər hansı rəqiblərə qarşı oyunlarda çətinlik çəkir? Daha doğrusu, onlar üçün arzuolunmaz rəqib futbolçular kimdir?

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Mbappe bir müddət öncə mətbuat konfranslarının birində sualı cavablandırmış, arzuolunmaz rəqib kimi Canluici Buffonun adını çəkmişdi.

Haaland isə ESPN-ə açıqlamasında özü üçün keçilməz olan rəqibin adını söyləyib: "Düşünmədən Vircil dan Deyk deyərdim. Çox yaxşı müdafiəçidir. Cüssəlidir, sərtdir, çevikdir, bir sözlə, bütün keyfiyyətlərə sahibdir. Möhtəşəm oyunçudur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.