İdman

Ronaldo "Real"a qayıtmağa hazırdır

24 Mart 2021 18:04
Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yayda klubu tərk edə bilər.

Milli.Az qol.az-a istinadla xəbər verir ki, 36 yaşlı hücumçu sabiq komandası "Real"a qayıtmağa hazırdır. O, Madrid təmsilçisindən təklif gələcəyi halda bunu nəzərdən keçirəcək.

Ronaldo 2009-18-ci illərdə "Real"da çıxış edib. O, komandanın heyətində toplam 15 kubok qazanıb. Həmçinin portuqaliyalı oyunçu 4 dəfə "Qızıl top"a layiq görülüb.

Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 24 matçda 23 qol vurub və 3 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.