İdman

“Tottenhem” Mourinyonu qovmaq istəsə, 40 milyon avro ödəməli olacaq

21 Mart 2021 11:49
Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem" rəhbərliyi mövsümün sonunda komanda turnir cədvəlində ilk dördlüyə düşməyəcəyi halda baş məşqçi Joze Mourinyonu qovmaq barədə qərar qəbul edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hazırda ilk 28 qarşılaşmada 45 xal toplayan "Tottenhem" 4-cü pillədəki "Çelsi"dən 6 xal geri qalır və ehtiyatda bir oyunu var.

"Tottenhem" portuqaliyalını qovacağı halda 40 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, Mourinyo futbol tarixinin ən çox təzminat almış baş məşqçisidir. O, ümumilikdə buna qədər "Çelsi", "Mançester Yunayted" və Madrid "Real"ından 79 milyon 700 min avro təzminat alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.