İdman

"Günah səni bura gətirəndədir" - QARŞIDURMA

20 Mart 2021 21:44
Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanovla Anatolie Abanq arasında problem yaranıb.

Milli.Az sportinfo.az-a istinadən bildirir ki, buna çalışdırıcının kamerunlu hücumçuya sərt şəkildə irad tutmaası səbəb olub.

Belə ki, o, qış fasiləsində gələn afrikalı forvarda yüksək əməkhaqqı aldığını, ancaq komaandaya faydasının dəymədiyini söyləyib.

Aylıq 10 min dollar maaş alan Abanqa hələ də Premyer Liqada qol hesaabını aça bilməməsini xatırladan mütəxəssis"günah səni bura gətirəndədir" ifadəsini işlədib.

"Şerif"in sabiq qolçusu ünvanına səslənən iradlarla tam razılşmayıb. O, hələ də adaptasiya prosesini keçmədiyini, özünü meydanda rahat hiss etmədiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.