İdman

Fatih Terim "Qalatasaray"ın prezidenti olacaq?

16 Mart 2021 18:04
Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim haqda  yeni iddia yayılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Haber Global"da yayımlanan "Kontra" proqramında Serdar Ali Çelikler türk mütəxəssisin klubun prezidenti ola biləcəyini söyləyib:

"Mustafa Cengiz yenidən prezident seçilsə, Fatih Terim davam edə bilməz. "Qalatasaray"da bir qrup şəxs  təxminən 4 ay əvvəl Terimə müraciət edərək ondan prezident olmasını istəyib. Bu, Qalatasaray camiəsində onsuz da bilinir. Mən bu cür ziyarətlərinin yenidən başladığını eşitmişəm.

Fatih Terim namizəd olsa, bir çox şəxs mübarizəyə qoşulmayacaq. Ahmet Ocaklıdan başqası prezident olsa belə, Fatih Terimlə işləməyə davam etməyəcəklər".

Qeyd edək ki, "Qalatasaray"da prezident seçkiləri mayda keçiriləcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.