İdman

“Milan”dan ayrılmağımın səbabkarı İbrahimoviçdir”

10 Mart 2021 18:34
Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Herta"nın hücumçusu Kşiştof Pyentek etiraf edib ki, onun "Milan"dan ayrılması Zlatan İbrahimoviçin bu kluba qayıtması ilə əlaqədardır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı polşalı hücumçusu müsahibəsində deyib:

"Mənim "Milan"dan ayrılmağımın səbabkarı İbrahimoviçdir. Ardıcıl 5-6 oyunda ehtiyatda oturacağımı təsəvvür edə bilmərəm. İbra oynayanda meydanı yalnız zədələnəndə tərk edir. Onun gəlişindən sonra mən A seriyasında bir neçə görüşdə bir dəqiqə belə oynamadım. Mənə İtaliya kubokunda şans verildi, onda da qol vurdum və bir qolun ötürməsini etdim. Buna baxmayaraq, mən yenidən ehtiyatda qaldım. Ola bilər ki, səbrim çatmadı. Amma həmin məqamda düşündüm ki, "Milan"dan getmək ən doğru qərar olar".

Qeyd edək ki, Polşa millisinin futbolçusu olan Pyentek 2019-cu ilin yanvarında "Milan"a keçib. Cəmi 1 il sonra isə "Herta"ya transfer olunub. O, hazırkı mövsümdə Almaniya çempionatında 24 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.