İdman

"Penaltini Ronaldu kimi vurmuram" - Anatoli Nuriyev

4 Mart 2021 19:12
Baxış: 669

Ukraynanın "Minay"ının əslən azərbaycanlı hücumçusu Anatoli Nuriyev "football24.ua" saytına müsahibə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, müsahibə zamanı penaltiləri düzgün yerinə yetirməsi haqda danışıb: "Aşağı liqalarda heç vaxt penaltini boşa verməmişəm. Ardıcıl 14 zərbəmin hamısı dəqiq olub. Bunun xüsusi bir sirri yoxdur. Bəzən topu qapıçıya tərəf vururam, bəzən də küncləri nişan alıram. Topa yaxınlaşırsan və qərar verirsən. Bu, psixologiyadır. Bu mövsüm Premyer Liqada 2 penaltidən yararlana bilməmişəm. Bundan sonra eyni əminlik olmadı".

24 yaşlı hücumçu 11 metrlik cərimə zərbələrini "Yuventus"un futbolçusu Kriştianu Ronaldu kimi yerinə yetirmədiyini də söyləyib: "Yəqin, mənim əsas hiyləm budur. Heç vaxt topu Ronaldu kimi bir küncə vurmuram. O, tez-tez sol küncü nişan alır, bəzən isə sağı seçir. Mən isə   mərkəz, sağ və sol küncləri hədəf alıram".

O, Azərbaycanla bağlılığı haqda verilən sualı da cavablandıb. "Uli babam Azərbaycanda anadan olub. Əvvəlcə Kiyevə, sonra isə buraya - Zakarpatyeyə gəliblər. Babam və atam isə burada dünyaya gəliblər".

Qeyd edək ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin Azərbaycan millisinə cəlb olunması istiqamətində sənədləşmə işləri davam edir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.