İdman

Azərbaycan kubokunda finalın vaxtı dəyişdi

4 Mart 2021 16:47
Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA Azərbaycan milli komandasının Türkiyə milli komandası ilə 27 may 2021-ci il tarixdə nəzərdə tutulmuş yoxlama oyunu ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində müvafiq dəyişiklik etməyi xahiş edib.

Milli.Az xəbər verir ki, bu barədə  PFL-in saytı məlumat yayıb. Bildirilib ki, Azərbaycan milli komandasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alaraq PFL aşağıdakı dəyişiklikləri həyata keçirir.

14 may

Premyer Liqa, 27-ci tur

19 may

28-ci tur

24 may

Azərbaycan kuboku, final

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.