İdman

"Barselona" keçmişdə qalıb..."

27 Fevral 2021 20:52
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnter" klubunun hücumçusu Lautaro Martinez açıqlamaları ilə diqqətləri çəkib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard cari klubundan getməyi düşünmür. Argentinalı futbolçu "İnter"lə müqaviləsinin müddətini uzatmaq istəyir.

"Mən yalnız "İnter" haqda düşünürəm. Komandamla müqaviləmin uzadılmasını istəyirəm".

Martinez, "Barselona"ya transfer ediləcəyi ilə bağlı yayılan xəbərlər barədə də danışıb:

"Barselona" keçmişdə qalıb. Düzdür, transfer danışıqlarında olmuşam, ancaq mənim üçün yalnız "İnter" var. "Barselona" məsələsi bağlanıb".

Qeyd edək ki, Kataloniya təmsilçisi Suarezin Madrid "Atletiko"suna transferinin ardınca onun əvəzinə argentinalı hücumçunu sıralarına qatmaq istəyirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.