İdman

Morata "Portu" ilə oyundan sonra huşunu itirib

25 Fevral 2021 17:16
Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un hücumçusu Alvaro Morata səhhətində ciddi problemlər yaşayır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan hücumçu sitomeqalovirus infeksiyasına yoluxub. Onun Çempionlar Liqasında "Portu" ilə ilk oyundan (1:2) sonra  paltardəyişmə otağında huşunu itirdiyi bildirilir.

"Çox oyun keçiririk. Adi mövsümdə də davamlı olaraq müəyyən səviyyədə oynamaq çətindir. Bəzi problemləri var idi. Əvvəlcə soyuqdəymə, sonra bağırsaq pozğunluğu. Bu, normal məşq etməsinə mane oldu və bir az formasını itirdi. O, yüksək səviyyəli bir oyunçudur. Mövsümü bitirməyimizə kömək etmək üçün əla formada olacaq" - deyə klubun idman direktoru Fabio Paratiçi Moratanın durumu ilğ bağlı bildirib.

Sitomegalovirus herpes ailəsindən olan virusdur və əksər sağlam insanlarda özünü göstərmir. Lakin zəifləmiş bədəndə qızdırma, baş ağrısı, burun axıntısı, yorğunluq və SARS üçün xarakterik olan digər simptomlara səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.