Türkiyə 3-cü Liqasında çıxış edən komandalardan "Fatsa Belediyespor"u aparan avtobus aşıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, içərisində 33 nəfərin olduğu 52-AAD-321 nömrə nişanlı avtobus Kırıkkale-Samsun magistralının Evliyalı kəndinin yaxınlıqlarından keçən hissəsində buz tutmuş yolda nəzarətdən çıxıb. Nəticədə nəqliyyat vasitəsi baryerlərə çırpılıb və aşıb. Hadisə zamanı təkcə avtobus sürücüsü yüngül dərəcəli xəsarət alıb.
Daha sonra hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Yaralı sürücüyə yerində müdaxilə edilib.
Qeyd edək ki, "Fatsa Belediyespor" 3-cü Liqanın 1-ci qrupunda 24 xal toplayıb və 8-ci pillədə qərarlaşır.
Milli.Az