İdman

UEFA klublarımıza pul ödədi

15 Fevral 2021 18:24
Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klublara 2019/20-ci il mövsümünü əhatə edən qurumun "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində əlavə maliyyə vəsaiti ayırıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Qarabağ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığı üçün bu komandaya pul ayrılmayıb. Premyer Liqanın digər 7 təmsilçisinin - "Neftçi", "Səbail", "Qəbələ, "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin hər birinə isə 74 633 71 avro ödənilib.

Qeyd edək ki, "Keşlə" üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.