İdman

"Real" - Ramos münasibəti: gərginlik azalır

14 Fevral 2021 15:09
Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın kapitanı Serxio Ramosun Madrid təmsilçisindəki gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubun prezidenti Florentino Perez 34 yaşlı müdafiəçi ilə bir neçə dəfə danışıqlar aparıb. Bu tərəflər arasındakı gərginliyin azalmasına kömək edib. Həmçinin söhbət əsnasında son qərarı vermək üçün tarix də təyin olunub.

Eləcə də Perez ispaniyalı oyunçunun əməliyyatdan sonrakı durumu ilə maraqlanıb. Bundan əlavə, Ramosun yaşıl meydanlara daha tez qayıtmaq üçün təkbaşına məşq etdiyi məlum olub.

Xəbərdə  "kral klubu" ilə futbolçu arasında hələ də yeni müqavilə imzalanmasının mümkün olduğu, danışıqlarda heç bir vasitəçinin iştirak etmədiyi və məsələnin Ramos və Perez arasında həll edildiyi bildirilib. Eyni zamanda oyunçunun karyerasını"Real"da davam etdirməyə müsbət yanaşdığı da qeyd olunub. Klub isə  hazırkı maaşının 10 faizini azaltmaqla 2 illik müqavilə təklif edir.

Qeyd edək ki, Ramos bu mövsüm 14 matça çıxıb və 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.