İdman

“Barselona” qapıçısının gedişinə razılıq verdi

6 Fevral 2021 17:59
Baxış: 905
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Barselona" klubu qapıçısı Netonun gedişinə razılıq verib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Kataloniya təmsilçisi mövsümün sonunda braziliyalı qolkiperlə yollarını ayıracaq.

Əsas heyətə düşə bilməyən 32 yaşlı oyunçu qış fasiləsində ayrılmaq istəsə də, baş məşqçi Ronald Kuman buna icazə verməmişdi. Lakin niderlandlı mütəxəssis yayda Netonun istəyinə qarşı çıxmayacaq. İspanlar onun transferindən təxminən 15 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Neto "Barselona"ya 2019-cu ildə "Valensiya"dan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.