İdman

İranda daha bir tanınmış futbolçu koronavirusdan vəfat edib

3 Fevral 2021 20:04
Baxış: 975
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın tanınmış futbolçusu Əli Ənsarian yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. 

Milli.Az APA-ya istinadən bildirir ki, Ə. Ənsarian İranda koronavirusdan vəfat edən ikinci tanınmış futbolçudur. 

Qeyd edək ki, Əli Ənsarian uzun müddət Tehranın "Persepolis" klubunda çıxış edib. O, bir neçə gün öncə ağır vəziyyətdə Tehranda yerləşən klinikalardan birinə yerləşdirilib.  

Xatırladaq ki, ötən həftə İranın futbol üzrə yığmasının sabiq üzvü Mehrdad Minavənd də COVID-19-dan vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.