İdman

Məhəmməd Salah “beşlik”də

1 Fevral 2021 12:57
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 90 və daha çox qol vuran 5-ci afrikalı olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, misirli hücumçu XXI turun "Vest Hem"lə görüşündə dubla imza ataraq qol sayını 90-a çatdırıb.

Onadək yalnız 4 afrikalı bunu bacarıb. Rekord Didye Droqbaya məxsusdur - 104 qol.

Emanuel Adebayor 97, Yakubu Ayeqbeni 95, Sadio Mane 91 dəfə fərqlənib. Hazırda Salahın komanda yoldaşı olan sonuncu da qol sayını artırmaq imkanına malikdir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.