İdman

“Qarabağ” Donald Geryeni göndərdi

31 Yanvar 2021 18:58
Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" futbolçusu Donald Gerye ilə yolları ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 31 yaşlı cinah oyunçusunun müqaviləsinə qarşılıqlı razılıq ilə xitam verilib.

Ağdam təmsilçisi Geryeni qış fasiləsində komandanın düşərgəsinə gec qoşulduğu üçün əvəzedici heyətə göndərimiş və 20 min dollar cərimə etmişdi.

Haitili futbolçu bu mövsüm keçirdiyi 16 oyunda 6 qol vurub.

O, 2017-2019-cu illərdə "Qarabağ"da çıxış etdikdən sonra "Neftçi"yə keçmişdi. Gerye 2020-ci ilin yayında ağdamlılara qayıtmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.