Türkiyənin "Başakşəhər" klubu baş məşqçisi Okan Burukla yolları ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Okan Buruk 2019-cu ildən "Başakşəhər"i çalışdırırdı. Onun komandası ötən möcsüm Türkiyə Superliqasının qalibi olub. Hazırda isə komanda Superliqada 24 xalla 15-ci pillədə qərarlaşıb.
Milli.Az