İdman

Levandovskidən 1 oyunda 3 rekord

25 Yanvar 2021 15:44
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın futbolçusu Robert Levandovski 1 oyunda 3 rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna Bundesliqanın 18-ci turunda "Şalke" ilə matçda (4:0) nail olub. O, qarşılaşmanın 54-cü dəqiqəsində fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 23-ə çatdırıb. Beləliklə, polşalı oyunçu çempionatın 18 matçından sonra 23 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.

Həmçinin Levandovski ardıcıl 8 səfər görüşündə rəqibin qapısına zərbə vurmağı bacaran ilk futbolçu olub. Bundan əlavə, Polşalı futbolçu "Şalke" ilə ardıcıl 11 oyunda fərqlənib. Belə göstərici Bundesliqa üçün rekord hesab edilir.

Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 42 xalla liderdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.