İdman

"Keşlə"də gözlənilməz istefa - Yunis Hüseynov getdi

24 Yanvar 2021 13:07
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov istefa verib.

Milli.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, Y. Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Keçirilən görüşdən sonra Yunis Hüseynovun istefası qəbul olunub.

55 yaşlı mütəxəssis "Keşlə" Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.

Klub rəhbərliyi də öz növbəsində Yunis Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Azərbaycan Premyer Liqasında 14 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.