İdman

Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq

22 Yanvar 2021 15:24
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycan - Slovakiya oyunu qapalı keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüşə KİV nümayənləri və azarkeşlər buraxılmayacaq.

Saat 18:00-da start götürəcək matçı CBC Sport telekanalının canlı yayımlayacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma yanvarın 29-da Bakı İdman Sarayında gerçəkləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.