İdman

Lempard bu gecə istefaya göndərilə bilər

19 Yanvar 2021 18:21
Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi" baş məşqçisi Frenk Lempardı bu gecə  istefaya göndərə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "zadəganlar" Premyer Liqanın 18-ci turunda "Lester"ə məğlub olarsa, 47 yaşlı mütəxəssislə yollar ayrılacaq.

London təmsilçisinin yeni baş məşqçisi vəzifəsinə namizədlər arasında isə Tomas Tuhel, Brendan Rocers və Massimiliano Alleqri var.

Qeyd edək ki, "Çelsi" - "Lester" matçı bu gecə  Bakı vaxtı ilə 00:15-də başlayacaq.

Əlavə edək ki, "Çelsi" bu mövsüm Lempardın baş məşqçiliyi altında 29 xal toplayıb və 7-ci yerdədir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.