İdman

"Real" Zidanın əvəzləyicisini tapdı

8 Yanvar 2021 16:34
Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın sabiq futbolçusu Raul Qonzales komandaya baş məşqçilik edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. "Kral klubu" hazırkı çalışdırıcısı Zinəddin Zidanı istefaya göndərəcəyi təqdirdə bu vəzifəyə Raulu əsas namizəd hesab edir.

Bundan əvvəl rəhbərlik Zidanı Maurisio Poçettino ilə əvəzləməyi düşünürdü. Lakin 48 yaşlı mütəxəssis PSJ-də işləməyi seçdi.

Qeyd edək ki, 1994-2010-cu illərdə Madrid təmsilçisində çıxış edən Raul hazırda "Real"ın gənclərdən ibarət komandasını çalışdırır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.