İdman

Messi "İlin komandası"na düşməyib

4 Yanvar 2021 20:00
Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Ekip" nəşri 2020-ci ilin rəmzi komandasını açıqlayıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Argentina millisi "Barselona"nın kapitanı Lionel Messi "11-lik"dən kənar qalıb.

İl ərzində oynadığı bütün turnirlərin qalibi olan "Bavariya"dan 5 futbolçu heyətə daxil edilib. "Liverpul"da bu rəqəm 3-ə bərabərdir. Bir futbolçu bu klubların hər ikisində oynayıb. Digər 4 klub bir futbolçu ilə təmsil olunub.

Qapıçı: Manuel Noyer ("Bavariya");

Müdafiəçilər: Alfonso Devis ("Bavariya"), Serxio Ramos ("Real"), Vircil van Deyk, Trent Aleksander-Arnold (hər ikisi "Liverpul");

Yarımmüdafiəçilər: Tyaqo Alkantara ("Bavariya"/"Liverpul"), Coşua Kimmix ("Bavariya"), Kevin de Breyne ("Mançester Siti"), Neymar (PSJ);

Hücumçular: Kriştiano Ronaldo ("Yuventus"), Robert Levandovski ("Bavariya").

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.