"Arsenal"ın müdafiəçisi Qabrieldə koronavirus aşkarlanıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı braziliyalı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı və onun karantinə alındığı bildirilib.
Qeyd edək ki, mövsümün əvvəlində Fransanın "Lill" klubundan "Arsenal"a keçən Qabriel "topçular"ın heyətində 15 oyuna 2 qol vurub.
Milli.Az