İdman

PKK-ya dəstək verdi, Türkiyədən qaçdı, Almaniyada cinayətkar təşkilat yaratdı

27 Dekabr 2020 15:24
Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürd əsilli almaniyalı futbolçu Deniz Naki Axen şəhərində saxlanılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi cinayətkar təşkilatı idarə etməkdə və narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinir.

Axen prokurorluğundan bildirilib ki, Nakidən başqa digər bir şəxs də tutulub, onların PKK terror qruplaşmasının tərəfdarları olduğu təsdiqlənib.

Qeyd edək ki, Deniz Naki PKK-ya dəstək verməsi ilə tanınır. "Gənclərbirliyi"ndə çıxış edərkən terror təşkilatının təbliğatını aparan futbolçu bu klubdan ayrıldıqdan sonra bir müddət işsiz qalmışdı. Daha sonra "Amedspor"la anlaşan Deniz 2016-cı ildə Novruz tədbirlərinə peşmerge geyimində qatılmışdı.

Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi Afrin əməliyyatı zamaı YPG terror təşkilatına dəstək verən Deniz 2018-ci ildə TFF tərəfindən milli ayrı-seçkilik və ideoloji təbliğat apardığına görə 3.6 ay cəzalandırılmışdı. Daha sonra isə "Türkiyədə irqçiliyə məruz qalıram" deyərək Almaniyaya köçmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.