UEFA turnirlərində 2020-ci ilin ən çox qol vuran futbolçusu bəlli olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Milan "İnter"inin hücumçusu Romelu Lukaku bütün oyunçuları qabaqlayıb.
Belçikalı forvard bu il UEFA turnirlərində 16 qola imza atıb. O, Avropa Liqasında 7, Çempionlar Liqasında 4, Belçika yığmasının heyətində isə 5 dəfə rəqib qapılarına yol tapıb.
Milli.Az