İdman

İslandiya – Azərbaycan oyunun hakimi bəlli oldu

3 Sentyabr 2025 13:30
Baxış: 484
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya - Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Milli.Az xəbər verir ki, Reykyavikdə baş tutacaq matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sander van der Eykə Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Mark Naqteqaal dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti olacaq.Avstriyalı Tomas Eynvaller isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, sentyabrın 5-də "Lauqardalsvollur" stadionunda təşkil olunacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.