Ölkə

Dubaydan Bakıya 10 qızıl külçə gətirdi - FOTO

3 Sentyabr 2025 14:42
Baxış: 470
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Belə ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd "Pamp" markalı qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.