İdman

Bu vaxta kimi klub tapmasa, karyerasını bitirəcək

3 Sentyabr 2025 14:12
Baxış: 613
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa millisinin sabiq futbolçusu Samuel Umtiti karyerasını bitirmək qərarına gələ bilər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu adını qazanan müdafiəçi uzun müddət sağ dizindəki zədədən əziyyət çəkib. Hazırda sağalsa da, 31 yaşlı futbolçu özünə yeni komanda tapa bilmir.

"Barselona"nın keçmiş oyunçusu sentyabrın 10-dək vaxt müəyyən edib. Əgər bu tarixədək klubla anlaşa bilməsə, peşəkar karyerasına son verəcək.

Xatırladaq ki, Umtitinin son klubu Fransa təmsilçisi "Lill" olub.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.